Əmək mühafizəsinin qaydalarına riayət edilməsinə görə cərimələr müəyyənləşir
14 aprel 2020 14:38 (UTC +04:00)

Əmək mühafizəsinin qaydalarına riayət edilməsinə görə cərimələr müəyyənləşir


Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına zərər vurulmasına görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə tətbiq olunacaq. 

APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 198.2-ci maddədə əksini tapıb. 

Həmin əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500 manatdan 2000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar