Ermənilərin Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan, 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq mühafizə orqanlarının rəisləri və minlərlə şəhər ictimaiyyəti iştirak edib.
Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.