Mingəçevir su anbarında zəlzələ olub.
Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.