Metroda ürəktutmasından vəfat edən Əhməd Babayevin cibindən pul oğurlanması ilə bağlı iddialar Metropolitendə Polis Şöbəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, iddia var idi ki, vəfat edən şəxsin üzərində qovluq olub və bu qovluqda müvafiq sənədlər olub.
“Müəyyən olundu ki, həmin şəxs metroya daxil olan zaman üzərində nəinki qovluq, daşıdığı heç bir əşya olmayıb. Hərəkət üzrə bütün kameralara baxış keçirilib. Əgər həmin şəxsin qohumları aparılan araşdırmadan narahatlığı varsa, metro polisinə müraciət edə bilər”, - o vurğulayıb.
Elşad Hacıyev
***
saat 17:01
Lent.az xəbər veririr ki, müəllimin bacısı qızı sosial şəbəkədə metroda ölən dayısının cibindən pul oğurlanması ilə bağlı paylaşım edib:
"Dayımın cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq. Dayım...gözəl insan. Zamanımızda çox az rast gəlinən keyfiyyətli insan...Həyatında bir dəfə belə rüşvət almayan müəllim...Çox ağır xəbər oldu səhər-səhər... Anında istifadə edib cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq? İşə gecikməmık üçün maşından düşüb metro ilə gedir adam, əcəlinə doğru...”.
Vəfat edən müəllimin bacısı qızının etdiyi paylaşım