Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
İndiyədək isə metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
Xatırladaq ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.