Məşhur çay şirkəti  CƏRİMƏLƏNDİ  - SƏBƏB
09 iyul 2021 17:02 (UTC +04:00)

Məşhur çay şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB

Son günlər kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb.

Lent.az məlumat verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində  kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub:

“Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilir”. 

Xidmət rəsmisinin sözlərinə görə, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən meşə xidməti işçiləri barəsində isə intizam tənbeh tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar