Məktəblərdə baş verən son hadisələrə nazirlikdən REAKSİYA
04 fevral 2022 16:10 (UTC +04:00)

Məktəblərdə baş verən son hadisələrə nazirlikdən REAKSİYA

“Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub. Nəzərə alsaq ki, ölkədə 70 minə yaxın sinif komplekti var və bu o deməkdir ki, gündə 350 min dərs keçirilir. Bu halda müəyyən problemlərin olması qaçılmazdır”. 

Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb: 

“Tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

E. Əliyev yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etməyin mümkün olacağını vurğulayıb:

“Hazırda hər hansı məktəbə davranışlarla bağlı yeni nəsə göndərməyiniz barədə nəsə yoxdur. Məktəb rəhbərliyi mövcud qanunvericilik çərçivəsində daha üst normativ aktlara uyğun olaraq qaydalar təşkil edə bilər. Çünki məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək ən başlıca məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik”.

“Bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur. Onlar ötənilki müəllimlərin işə qəbulu imtahanlarında uğur qazanaraq müəllim olublar. Onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər.

Bu il yeni işə götürüləcək müəllimləri yeni tədris ili başlayana qədər, ən geci sentyabr ayının sonuna qədər sinif idarəetmə təlimindən keçirəcəyik. Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bulinqlərə məruz qoyurlar. Təhsil İnstitutuna tapşırıq verilib ki, bulinqlə bağlı öyrədici materialların tədris resurslarında artırılması istiqamətində işlər aparsın”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21780
avatar

Fidan İlqar

Oxşar yazılar