Prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - vəzifəli şəxslər saxlanılıb  -YENİLƏNİB
02 noyabr 2025 12:59 (UTC +04:00)

Prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - vəzifəli şəxslər saxlanılıb -YENİLƏNİB

0

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş
məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir./ APA

***

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı digər şəxslər də saxlanılıb.

Onlarla bağlı hələlik məhkəməyə təqdimat daxil olmayıb.

Bir neçə şəxslə bağlı həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi bildirilir.

İstintaq davam edir, başqa vəzifəli şəxslər də dindirilir. Əlavə saxlanılanların da olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 902

Oxşar yazılar