Kriştiano Ronaldonun nişanlısınn 1,8 milyon dollarlıq çanta kolleksiyası
02 noyabr 2025 15:29 (UTC +04:00)

Kriştiano Ronaldonun nişanlısınn 1,8 milyon dollarlıq çanta kolleksiyası

0

Milyarder malikanəsindəki həyat təsəvvür etdiyiniz qədər dəbdəbəlidir. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, özünü milyarder edən ilk futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes pərəstişkarlarına inanılmaz dəbdəbəli dünyasına nadir bir baxış hədiyyə edib.

Yeni YouTube şousunun "Mənimlə bir gün: Madriddə alış-veriş" adlı ikinci bölümündə 31 yaşlı model Madrid malikanəsindəki şəxsi qarderobunun qapılarını açıb. Geyimləri və dəbdəbəli ayaqqabılar arasında onun təxminən 1,8 milyon dollar dəyərində olan möhtəşəm Hermès Birkin kolleksiyası diqqət çəkib.

Corcinanın kolleksiyasına əfsanəvi brenddən 22 çanta, o cümlədən ən nadir modellərdən bəziləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar