Aprelin 8-də Azərbaycan, Rusiya, Belarusiya, Qazaxıstan və Qırğızıstandan olan ekspert-münsiflərin iştirakı ilə “VII Международный студенческий конкурс медиации и переговоров «Медиация без границ», “Sərhədsiz Mediasiya” VII Beynəlxalq tələbə mediasiya və danışıqlar müsabiqəsi keçirilib.
Lent.az xəbər verri ki, müsabiqədə Rusiya Federasiyası və Belarusiya Respublikasının qabaqcıl universitetlərinin tələbələri yarışıblar. Rus dilində keçirilən bu beynəlxalq tədbirdə ekspert-münsif qismində Mediasiya Şurasını Bakı 8 saylı Mediasiya təşkilatının direktoru, İntizam Komissiyasının sədri Mayıl Əhməd təmsil edib.
M.Əhməd Beynəlxalq Tələbə müsabiqəsi iştirakçılarının diqqətinə ölkəmizdə Mediasiya institutunun inkişafı və bu sahədə görülən mütərəqqi işlər barəsində ətraflı məlumat verib. Təşkilatçı komitə adından beynəlxalq dərəcəli moderator Liliya Vlasova Azərbaycan Mediasiya Şurasına uğurlar arzu edib. İki raunddan ibarət olan və 6 saat davam edən yarışmanın sonunda, “Sərhədsiz Mediasiya” VII Beynəlxalq tələbə mediasiya və danışıqlar” müsabiqəsinin qalibləri elan edilərək, tədbirin yekunlaşdığı elan edilib.