Mayda toy edənlər bədbəxt olur? - ARAŞDIRMA
06 may 2026 15:39 (UTC +04:00)

Mayda toy edənlər bədbəxt olur? - ARAŞDIRMA

0

“May ayı boş aydır”, “mayda toy edən peşman olar”... Bu deyimləri çoxumuz eşitmişik, amma mənasını, həqiqətə nə dərəcə uyğun gəlib-gəlmədiyini, haradan qaynaqlandığını bilməmişik. Böyüklər deyib, kiçiklər isə sorğulamadan qəbul ediblər.

Maraqlıdır, bəs görəsən qədimdən gələn bu inanc indiyə də sirayət edirmi? Hələ də mayda toy etməkdən çəkinənlər var?

Lent.az bu mövzu barədə araşdırma aparıb.

İlk növbədə Bakıda və bir neçə rayonda yerləşən restoranlarla əlaqə saxladıq. Demək olar ki, onların 90%-i bildirdi ki, ötən ay və gələcək aylarla müqayisədə mayda toy etmək istəyənlərin sayı azdır:

Şadlıq sarayı qurulması üçün hansı prosesdən keçilir? – İş adamı izah edir

“Toy etmək üçün müraciət edənlər ən çox 06.06.2026, 16.06 və 26.06 tarixlərini axtarırlar. Hətta il sonuna qədər də yerləri rezerv edənlər var, amma ümumilikdə may ayında toy sayı azdır. Ümumiyyətlə, hər il belə olur, artıq öyrəşmişik”.

Belə bir yanaşmanın qalması və inanılması insanı təəccübləndirir. Bəs niyə? Haradan yaranıb “may boş aydır”, fikri?

Akademik, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, folklorşünas Muxtar İmanov Lent.az-a açıqlamasında bildirdi ki, bizim ənənəmizdə mayda toy etmək yasağı yoxdur:

Muxtar İmanov: Yeni sözlər dilimizə ana dilinin qayda-qanunları əsasında  gətirilməlidir - AZƏRTAC

“Avropa xalqlarında belə bir yasaq və onunla bağlı deyim var: mayda toy etmə, peşman olarsan. Qədim Romada, eləcə də sonrakı dövrlərdə Avropa ölkələrində may ayı daha çox dini mərasimlər ayı sayılırdı. Mayda toy etmək olmaz yasağı xristian xalqlarında çox güman ki, onunla bağlıdır”.

Bəlkə bu inancın dini kökləri var? Görəsən, dini cəhətdən hansısa məhdudiyyət varmı?

İlahiyyatçı Ağa Hacıbəyli Lent.az-a açıqlamasında bildirdi ki, İslam dininə görə istənilən ayda, gündə toy etmək mümkündür:

“Nə “Qurani-Kərim”də, nə də hədisi-şəriflərdə, yaxud böyüklərimizin kitabında evlilik üçün qadağan olunan bir gün təyin edilib. Xeyir iş, nikah, toy-büsat, elçilik etməmək üçün bəzi istisnalar var, məsələn qarşıdan Məhərrəm ayı gəlir. Amma onda belə konkret olaraq qadağalar yoxdur. Sadəcə İslam böyüklərinin məhərrəm ayındakı faciə ilə bağlı tövsiyələri var. Lakin may ayına gəldikdə, bu ay bahar fəslinin sirayət etdiyi, təbiətin oyandığı zamandır. Belə gözəl ayda toy etməyin nə dini, nə milli, nə də tarixi qadağası var. Bu qadağanı qabağa sürən insanlar xurafat yayır, batil inanclara inanırlar. Onlar düşünürlər ki, may ayında ailə quran insanlar xoşbəxt olmurlar. Bəs digər 11 ayda evlənənlərin hamısı xoşbəxtdir? Boşanma rəqəmlərinə baxanda adamı vahimə basır. Boşanmağın mayla, aprellə, avqustla əlaqəsi yoxdur. Əsas problem insanların bir-birləri ilə anlaşmaması, sevgilərinə hörmət qoymamasıdır. Odur ki, dinimizdə mayda toy etməklə bağlı qadağa yoxdur. Kim toy edirsə, Allah xoşbəxt etsin”.

Nə tarixi, nə də dini əsası olmayan, görməzə, bilməzə uydurulmuş bir inanca ömür boyu inanmaq, onu tətbiq etmək bəs nədən qaynaqlanır?

Psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, bu cür şeylərə inananlar həmin inanclara, tabulara əməl edilmədikdə, psixikaları pozula bilər:

Psixoloq Aytən Ələkbərova: “Uzunmüddətli stress sinir sisteminə zərər  verir, yuxu rejimini pozur, yaddaşı zəiflədir”

“İnsan elə bir ali varlıqdır ki, eşitdiyinə gördüyündən çox inanır. Çünki gördüklərimiz bəzən görə bilmədiklərimizdən az olduğu üçün biz eşitməyə daha çox inana bilirik. Sanki o, artıq bizim qulaq seyvanımızda öz proqramını yaradaraq, beynimizə yeridib. O proqramın içərisində isə qərinələr boyu deyilən mayda toy etmək olmaz fikri yerləşib. Bu inancın arxası ilə gedən insanlar 1 neqativ düşüncəyə köklənirlər. Bir neqativ düşüncə 12 pozitif fikrin üzərindən xətt çəkir.

Əvvəllər deyərdilər ki, Aşura günündə günorta saat 12-yə qədər suyu açmaq, yuyunmaq, sabunlanmaq olmaz. Lakin real məntiqlə baxsaq, bəlkə həmin vaxtda insanda ishal halı yarandı? Bu zaman insan təbii ki, sudan istifadə edəcək, əlini yuyacaq. İnanın ki, bu düşüncə ilə yaşayan insanlar arasında psixoloji sarsıntı keçirənlər olub: əlimi sabunladım, görəsən mənə nə isə olacaq? fikri ilə beynini yoran adamlar var. Bu düşüncələr insanı təkcə xəstələndirmir, hətta öldürə də bilir. Heç bir xəstəlik olmadan insanın psixoloji, psixosomantik özünətəsir mexanizmi o qədər güclü olur ki, sonda həyatı məhvə uğrayır. Hər bir xəstəliyə qalib gəlmək olar. Mən yaxşıyam, bunun öhdəsindən gələrəm, deyən insanlar hər şeyin öhdəsindən gələ bilərlər”.

Sosioloq Mail Yaqub Lent.az-a açıqlamasında qeyd etdi ki, bütün inanclar səhv deyil, amma “mayda toy etmək olmaz” fikrinin heç bir əsası yoxdur:

Sosioloq xəbərdarlıq edir: Təcavüz hallarının səbəbi burada gizlənir Yeni  Sabah

“Düşər-düşməz məsələsini çox qabartmamalıyıq. Nə bilirik ki, o şey bizə düşəcək ya yox? Tanrının iradəsini, istəyini nə bilirik? Bunlara inanmaq olmaz, xurafat yaymağın, ötürməyin heç kimə faydası yoxdur. Bu inanclar ona görə bu günə kimi gəlib çatıb ki, insan müasirləşsə də, onun daxilində məntiqsiz məsələlərə inanc hələ də qalır. Sanki insanın içərisindəki xurafata inanc bölməsi aktivliyini heç vaxt itirmir, hətta ən müasir texnoloji imkanlara malik olan ölkələrdə belə. Bu o deməkdir ki, inancla rasionallıq fərqli yerlərə gedir. İnsanlarımız may ayı ilə bağlı yalnış inanclardan əl çəksinlər və may ayında toylarını etsinlər”.

Sosioloq Naib Niftəliyev Lent.az-a açıqlamasında qeyd etdi ki, bu məsələnin heç bir elmi əsası və sübutu yoxdur, yalnız mifologiya ilə əlaqəlidir:

Bakıda “bioenerji” şousu: İnsanları “əl enerjisi” ilə müalicəyə inandıran  nədir?

“Yaz aylarında insanların bir qədər depressiyaya meyilli olması, payızda oxşar vəziyyətin daha depressiv formada təkrarlanması təbiətin cəmiyyətə və insanların sosial davranışına psixososial təsirini, psixofizioloji vəziyyətini ifadə edir. May ayında doğulanlar da, toy edənlər də var. Onların əksəriyyəti də xoşbəxtdir. İnsanın sosial problemləri hansısa aylara bağlı deyil. Düzdür, təbiət insanın anatomiyasına, fiziologiyasına təsir edə bilər, amma bu ümumi dinamikanı ifadə etmir, insanlar individualdır. Bu inanc sadəcə mifologiya və əsatirdən ibarətdir.

İnsanların buna hələ də inanması təbiidir. Çünki falçıların yalan danışdıqlarını, heç bir proqnoz verə bilmədiklərini də bilirlər, amma yenə də onlara inanırlar. Kütləvi şəkildə falçılara inanlar var, əhalinin 70%-i fala baxdırır, falçıyla danışır. May ayı məsələsi də eyni buna bənzəyir. Sadəcə qorxudan yaranan bir inancdır. Lakin buna əhəmiyyət vermək olmaz. Kimsə may ayında toy etmək istəyir və buna imkanı varsa, heç bir fikrə qulaq asmamalıdır”.

Sonda onu da qeyd edək ki, yaşlı insanların sözlərinə görə, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların ölkəmizə gəlişindən sonra başlanıb. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki bu miflə gerçəklik bir-birinin tam əksidir.

Mayın məşhur sualı: “Evlənək, evlənməyək?” - ARAŞDIRMA

Təkcə Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar may ayında digər aylarla müqayisədə daha çox ailə qurur. Erməni faktoruna gəlincə, onlar özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq mayın 24-dək davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar