May ayında maqnit qasırğaları: 4 günü ehtiyyatlı olun!
27 aprel 2022 19:31 (UTC +04:00)

May ayında maqnit qasırğaları: 4 günü ehtiyyatlı olun!

May ayı geomaqnit baxımından necə olacaq? Maqnit qasırğaları nə vaxt gözlənilir? Bayram günləri geomaqnit səviyyəsi nə qədər olacaq?

Lent.az may ayında gözlənilən maqnit qasırğaları ilə bağlı proqnozu təqdim edir. 

İlk ciddi maqnit qasırğası ayın birinci ongünlüyündə - mayın 7-də gözlənilir. Bir neçə gün ardıcıl fırtınalı olacaq - mayın 6-dan mayın 9-dək.

Günəş aktivliyinin ikinci partlayışı çox güclü olmayacaq, ancaq uzun sürəcək və dörd gün - mayın 13-dən 16-dək davam edəcək.

Ayın ən güclü maqnit qasırğası mayın 26-na düşür. Növbəti iki gündə azalacaq.

May ayı üçün maqnit qasırğalarının proqnozu

• May ayında cüzi maqnit dalğalanmaları gözlənilir: 1, 6, 9, 13, 14, 15, 16, 20, 21, 28-ci günlər.

• Mayın 7, 8, 26, 27-də ciddi maqnit qasırğaları mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4437
avatar

Oxşar yazılar