May ayında 16 nəfər ZƏHƏRLƏNİB  - Bu qidalara DİQQƏT EDİN!
24 may 2022 16:40 (UTC +04:00)

May ayında 16 nəfər ZƏHƏRLƏNİB - Bu qidalara DİQQƏT EDİN!

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində tək qida zəhərlənməsindən 16 nəfər müraciət edib. 

Lent.az xəbər verir ki, bu barədə şöbənin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir:

“Buna səbəb isə meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır. Bu cür zəhərlənmə hallarında vətəndaşlar əsasən mədə nahiyyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, baş gicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənir. Belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin”.

# 3303
avatar

Fidan İlqar

Oxşar yazılar