Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
İdarədən Lent.az-a verilən məlumata görə, küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır:
“Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcədə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki avtomobilləri hündürmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, - deyə qeyd olunub.