Leysan Bakı-Şamaxı yolunu iflic etdi
05 iyun 2025 17:48 (UTC +04:00)

Leysan Bakı-Şamaxı yolunu iflic etdi

Güclü yağışlar nəticəsində dağlardan gələn sel Bakı-Şamaxı yolunu iflic vəziyyətinə salıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Qobustan dağlarına yağan leysan nəticəsində yaranan selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrliyində hərəkəti iflic edib.

Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, sel suları yolun hərəkət hissəsinə yayılıb.

Nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

Hazırda yolda ciddi maneə olmasa da, vəziyyətin yenidən pisləşməsi istisna deyil.

Qeyd edək ki, yağışlı hava davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2342

Oxşar yazılar