Külək güclənəcək, dolu düşəcək - Sabahın havası
01 iyun 2025 12:04 (UTC +04:00)

Külək güclənəcək, dolu düşəcək - Sabahın havası

İyunun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabahın havası belə olacaq.

Bakı və Abşeron Yarımadasında hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Gecə temperaturu: 19-22° isti

Gündüz temperaturu: 27-32° isti

Atmosfer təzyiqi:755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək

Nisbi rütubət: gecə 50-60 %, gündüz 35-45 %

Azərbaycanın bölgələrində hava proqnozu

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış, şimşək, hətta dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman müşahidə ediləcək. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Gecə temperaturu: 17-22° isti

Gündüz temperaturu: 31-36° isti

Dağlarda gecə temperaturu: 10-15° isti

Dağlarda gündüz temperaturu: 20-25° isti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9510

Oxşar yazılar