Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi Lent.az-da...
20-ci HİSSƏ
Fatma danışdıqca hərdən fikrə gedirdi. Elə bil, həyatının epizodları düşürdü yadına, onları gözləri qabağında film kimi canlandırır, alnı azacıq tərləyir, anında da o xəyalları qovmaq üçün xırda əllərilə gözünü ovur, başını azacıq silkələyib, özünə gəlir, sözünə davam edirdi...
İndi də mənə cibgirlik dərsi verirdi. Əslində, dedikləri cibgirlərdən qorunmaq üçün idi, amma bu fəndləri tərsinə də çevirə bilərsən – onda cibgirlər faydalanar bunlardan...
Qızılbarmaq Fatma davam edirdi:
- Səfərdə, nabələd olduğun yerlərdə ehtiyatı heç əldən vermə. Tutalım, uzunmüddətli səfərə çıxırsan, yanında puldan başqa, vacib sənəd-sünəd də var. O vaxt çekini, yaxud gərəkli qəbzlərin hamısını ayaqqabının içində saxla, onların surəti isə ya mehmanxanadakı otağında, ya da elə maşınında qalsın. Bir də, gərək iri cibli, enli şalvar-filan geyməyəsiniz. Yadındadı, yetmişlərdə o qədər “stilyaqa” cavan vardı ki, şalvarının balaqları enli, beli, cibləri dar olurdu. Onların qorxusu yox idi. Şalvar nə qədər dar olsa, cibindən pul çıxarmaq bir o qədər çətin olar. Bizim üçün ən əlverişlisi səksənlərdəki kişi dəbi idi - beli qoşa büzməli gen şalvarlar... Əlini cibinə salanda, lap “tansploşadka” idi, əlin sağa-sola rahat oynayırdı.
Amma ümumiyyətlə hiss eləsən ki, yaxınlıqda cibgir var, ya da təhlükəli yerdir, pulunuzu çıxara bilərlər, ən yaxşısı dalda bir yerə çəkilmək, pulları pulqabından çıxarıb, şalvar cibinə yerləşdirməkdir. Bir də gərək əlini ya cibin içində, ya da üstündə saxlayasan. Boş pulqabını da şalvarın arxa cibinə qoy. “Uqolovnik”lər hərdən xam cibgiri tutmaq üçün bu fənddən istifadə edir. Bu məsləhətlərə xüsusilə tək olanda fikir ver, çünki cibgirlərin qurbanı çox vaxt elə tək adamlar olur. Cibgirlərin şıdırğı işlədiyi yerlər avtobus, metro, basırıq dükanlar, adamların sıx olduğu başqa yerlərdi. Əgər belə yerlərdə böyrünüzdəki adamların basabas saldığını, səni itələdiyini hiss etsən, özünü itirmə, o yan-bu yana baxmaqla, şübhələndiyinizi biruzə verin. Cibgir ən çox nədənsə şübhələnib döyükən adamdan çəkinir. Məsələn, qolunda bahalı bir saat varsa və küçədə tanımadığın birisi səninlə üzbəüz gəlib, guya səhv salaraq, əl-ələ salamlaşmaq üçün sol əlini irəli uzadırsa, çaşma, sadəcə gözünü onun sağ əlindən çəkmə. Bu da cibgir priyomudu... Bir də, hərdən görürsən ki, getdiyin avtobusun o başında səs-küy qopdu, iki sərnişin qalmaqal saldı. Sən onlardan nə qədər uzaq olsan belə, bil ki, qrup halında işləyirlər, əsl cibgir sən tərəfdədi. Belədə, ehtiyatını əldən vermə. Birini də deyim: təcrübəli cibgirin plaşı, paltosu qolunun üstündən sallanırsa, özünü qoru, gəlib yanında əyləşsə, ya da, yanında dursa, bil ki, soyacaq – plaşın altında əl hərəkətini gizləmək asandı...
Qadınlara isə məsləhət görərdim ki, bayıra çıxanda, çantalarını, ümumiyyətlə, evdə qoysunlar, yanlarında azacıq pul götürsünlər. Yox, əgər çantasız bayıra çıxmaq istəmirsə, onu əlində bərk-bərk tutub, qabağında saxlamaq məsləhətdir. Çanta kilidlənirsə, onu daim bağlı saxlamağa çalış və əlini də üstündən çəkmə. Alış-veriş eləyəndə də, qadın gərək çantanı hara gəldi atmasın. Arvadların çoxu dükanda maraqlı bir mal görəndə, hayıl-mayıl olur, çantasını unudur, cibgirə, oğruya şərait yaradır. Bizim analarımız, nənələrimiz uzaq bir yerə gedəndə pullarını ya xüsusi tikilmiş kəmərinə qoyurdu, ya da boynundan asırdı. Təcrübə göstərir ki, belə adamlardan pul oğurlamaq çox müşkül məsələdir.
Harasa çoxlu pul, qiymətli mal aparanlar da, mütləq xüsusi çantadan istifadə etməlidirlər. Allaha şükür ki, indi mağazalarda nə qədər desən, belə çantalar satılır. Bir də ki, bəziləri cibgirdən qorxur. Belə səhv etməsinlər, cibgirə müqavimət göstərməkdən, ona güc tətbiq eləməkdən çəkinməyin. Onların, yüzündən doxsan doqquzu silahsız olur. Lap silahı olsa belə, camaat çox olan yerdə onu çıxarmağa ürək eləməz.
Cibgir adamı soyandan sonra, pulunu, qiymətli şeylərini, kredit kartını-zadı saxlayıb, qalanını ya atır, ya da insaflı adamdırsa, əlindəki sənədlərə baxıb, soyduğu adamın ünvanına göndərir. Hər halda, pulunuzu harada oğurladıqlarını bilsən, mütləq həmin həndəvərdəki zibil səbətlərinin içinə baxasan gərək. Cibgir çalışır ki, “ulikadan” tez canını qurtarsın. Şey-şüyünü mütləq zibilqabına atacaq. Odur ki, əlli metr həndəvərə baxmalısan...
Yenə susdu. Çox maraqlı danışırdı. Dinlədikcə, elə bil kinoya baxırdım. Nə ssenari çıxardı onun danışdıqlarından!..
Onu təzədən Orta Asiya səfərlərinə qaytarmalı idim, qaş qaralırdı...
- Bayaq söhbətin yarımçıq qaldı axı, Orta Asiya qastrollarından danışırdın...
Bayaqdan qayğılanmış üzü güldü, elə bil, çiçəyi çırtladı:
- Hə, onu danışırdım axı... “Naparnik”im ya Nәrgiz olurdu, ya da Asyanın özü. Asya, maşallaһ, çox zirәk idi, tezgötürәn idi. Orta Asiyada bir xeyli dolaşandan sonra gördük ki, yox, daһa buralar da sәrf elәmir. İllaһ ki, yay aylarında. İstinin cırһacırında o basabaslara gir gorüm, necә girirsәn - tәr adamın lap dabanından çıxır. Bir çәtinliyimiz dә vardı. Oraların kişilәri bizim arvadlarçun ağızlarının suyunu axıdır. Yemәkxanaya, bazara girirsәn, qәmiş olurlar... Qır-saqqızdılar, әl çәkmək bilmirlər. Zәһlәm gedirdi sifətlərindən. Köpək uşağı, elə bil, zəlidir. Onların kişilәrinin neçә arvadı olurdusa, bir o qәdәr dә qurşaq bağlayırdılar bellәrinә. Bir dә görürdün, çirkli xalatının üstundәn dörd dәnә rәngbәrәng qurşaq vurub, indi dә mәnә girişir. Deyirdim, ay bәdbәxt, dörd dәnә arvadnan, bir tәmiz xalat tapmırsan әyninә geymәyә, mәni neynirsәn?.. Amma tünlüyә qalanda, yaman işlәmәli yer idi. Bazarları vardı ki, ucu-bucağı görünmürdü, yeməkxanasında bütöv bir inәyi üç-dörd parça elәyib, basırdılar otaq boyda qazanın içinә, nә var-nә var, kişilәr naһar elәyәcәk! Bir dә görürdün, Nәrgiz itoynadan yapışıb bir keçisaqqalın yaxasından, deyir ki, ay kişi, “pobeq”dәyәm, mәnә yazığın gәlsin, apar evində saxla. Kişi yazıq da bunun әlindәn qopmaq istәyәndә, tez mәni göstәrib, deyirdi: “Yaxşı, mәni almırsansa, heç olmasa, bunu al. Bu qәşәngdi, sәni xoşbәxt elәyәcәk, ağzının dadını biləcəksən..." Kişi özünә gәlәnә kimi, qurşağındakı pulu çıxarırdıq. Sonra da asta qaçana, imam qәnim... Nәrgiz qurşağın üstündәn әlini bircə dәfә çәkmәklә, içindәki pulun qәdәrini də bilirdi. Fokusnik idi, fokusnik...
Amma ay pul vardı ha, oralarda... Sizə, pul deyirəm e!.. Üç günә bir kisә yığırdıq. Sonra da düz bir һәftә restoranlarda kef-damaq! Amma daha bezmişdik oralardan, adama lәzzәt elәmirdi. Söһbәt pul qazanmaqdan getmir axı, gәrәk xәrclәmәyә də bir fәrli yer ola. Adam nә qәdәr milçәyin, çibinin içindә yemәk yeyәr?..
Gunlәrin birindә Nәrgiz dә tutuldu. O tutulandan sonra Orta Asiyaya getmәyә һeç һәvәs qalmadı bizdә. Asya ilə sözü bir yerә qoyduq ki, Moskvaya gedәk - Moskva xoroşo. Başladıq Sumqayıt-Moskva işlәmәyә. Hәr dәfә gedәndә on gün - bir һәftәyə kalan pul vurub qayıdırdıq. Bir müddәt keçdi, ayağımı Sumqayıtdan da çәkdim. Fikirlәşdim ki, prokurorla aramızda olan söһbәtdәn xeyli keçib, yәqin unutmuş olarlar. Moskvada işlәyәndә qalmaq üçün bir yaxşı ev dә tutdum. İçindә һәr raһatlığı, mer-mebeli vardı. Onda Novıy Arbatı tәzә tikmişdilәr. İşimizin adı nә idi, səhər elә bir dәfә bu başından girib, o başından çıxırdıq, bir dә qalırdı axşama. Axşamlar ancaq kefә gedirdik; yaxşı restoranları, barları vardı. “Metelitsa", “Valday”... Aşağısı restoran, yuxarısı gecə barı. Sәһәrә kimi kef elәyirdik - musiqi, rәqs, zarafat, deyib-gülmәk...
Evdә dә pulu kisəylə yığırdıq. O vaxtlar sertifikat tәzә çıxmışdı, һәlә bilmirdik nәdir, götürmürdük. Әlimizә düşәn kimi, rastımıza çıxan birinçi “xoztovar”a girib, qab-qaşığın içinә basırdıq. Sertifikat yaman bol idi, amma axmaq şeydi; onu xaricdə işləyib gələnlər qazanırdı. Amma vay o gündən ki, kimsə onun alverini elәyә, adını “valyutçik” qoyub, basırdılar içəri, əlli-ayaqlı gedirsən. Onların “statya”sı da ayrı idi, daha ağır olurdu. Nәyimizә lazım idi girişək? Hayıf deyil öz pullarımız... Qazana elә öyrәşmişdik ki, pullarımızı evdә mәtbәxdәki qazanların içində saxlayırdıq. Bir dә işdən qayıdanda, gördük ki, daһa qazanın qapağı bağlanmır, ağzına kimi doludu, keçdik başqa dükana…
Moskvada işlәmәk һәm asan idi, һәm dә çox çәtin. Asan idi ona görә ki, küçәlәr “lopux”larnan, “nanay”larla dolu idi. Çәtin idi ona görә ki, Moskvanın milisi lap cin kimi şeylәr idi. Gündә dörd dәfә paltar dәyişirdik ki, tanıya bilmәsinlər. Hәr dәfә dә başıma başqa rәng beret qoyurdum. Onda beret yaman dəb idi, mədəni adamların һamısı ancaq beret qoyurdu.
Bir çәtinliyim dә vardı - oğurladığımız “koşelyok”un içindәkilәri “şmon” eləyən kimi, gәrәk başını әkәydin. Amma ora da Bakı deyildi ki, küçәnin ortasına atasan - adamın atasını yandırarlar ki, yeri zibillәyirsәn! Bir azdan bunun da çәmini tapdım. Gün әrzindә oğurladığım “koşelyok”ları boşaldıb, özlərini qab-qacaq satılan dükanlardakı qazanların içinә dürtürdüm. Xәbərim dә yox ki, Petrovka artıq “muşka”ya götürub mәni…
Sözü qoyub, sözә keçim. Bir dəfə rus milisi məni tutanda, dedim: “Nə istəyirsiniz məndən? Mən gündüzlər pianino çalıb pul qazanıram, axşam da Arbatda xərcləyirəm. Gündüz əllərimlə, gecə ayaqlarımla işləyirəm. Hamısını burda sizin şəhərdə xərcləyirəm də, özümlə aparmıram ki..."
Moskvada əla işlədiyimiz yerlər vardı. İndikilər bilməz – xarici ölkələrin hərəsi üçün, bir böyük dükan açmışdılar, gətirib özlərinin xod gedən mallarını Moskvada satırdılar. “Belqrad”, “Yadran”, “Berlin”, “Buxarest”, “Budapeşt”… Qabaqlarına növbə düzülürdü, camaat məvacibin cibinə qoyub, gələrdi o dükanlara; ağ millət, qara millət, sarı millət – hamısı orada idi. Bizdə növbəyə durmağa həvəs nə gəzirdi? Biz iş adamıydıq – bir rusa beş manat verib, növbəsini alırdıq… Bir də, QUM adlanan əla univermağı vardı – yalan olmasın, bizim mikrorayonlar boyda; bir suyu Bakıdakı köhnə univermaq kimi tikilmişdi; qədim mağaza idi. Yaxşı, tapılmayan ərzaq almaq üçün, “Yeliseyevski” mağazasına gedərdilər - əla kolbasa, konfet, balıq kürüsü-filan… Dadlarından, doymaq olmurdu. O vaxt hökumət Moskvaya yaman yaxşı baxırdı; azacıq növbəyə dursan, hər şey ala bilərdim… Amma bizimki almaq deyildi – işləməyə çıxırdıq. Komisyon dükanları da babat idi. İndiki cavanlar heç komisyon dükanının nə olduğunu da bilmir. O vaxtlar xüsusi dükanlar olardı, camaat oralara öz malını satış üçün təhvil verərdi. Çoxu ya xaricdə hökumət xəttilə işləyir, ya da, ordakı qohumlarından, dostlarından bağlama alırdı. Özləri sata bilməzdilər; alverçilərin “srok”u vardı. Məcbur olurdular ki, komisyonlara rəsmi yolla qoysunlar. Dükan malı satır, öz faizini alırdı. Mal yiyəsi bir az itirirdi, amma rahat, qorxu-ürküsüz idi...
(Ardı var)