Koronavirusla bağlı  SON STATİSTİKA:   ölən yoxdur
16 iyul 2021 16:23 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA: ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Oxşar yazılar