Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 336557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330513 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1066 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddət ərzində isə ümumilikdə 3802992 test aparılıb.