Koronavirusa yoluxma və ölümlə bağlı  SON STATİSTİKA
24 dekabr 2021 18:32 (UTC +04:00)

Koronavirusa yoluxma və ölümlə bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 592 828 nəfər müalicə olunaraq sağalıb, 8 269 nəfər vəfat edib, aktiv xəstə sayı 12521 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 602, ötən müddət ərzində isə ümumilikdə 5 798 493 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Oxşar yazılar