Koronavirusa yoluxanların sayı artır -  SON STATİSTİKA
30 iyun 2021 16:36 (UTC +04:00)

Koronavirusa yoluxanların sayı artır - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330219 nəfər müalicə olunaraq sağalıb, 4974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3749303 test aparılıb.

# 2523
avatar

Oxşar yazılar