Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun səhhətindən xəbər var.
"Yeni klinika"dan Lent.az-a verilən məlumata görə E.Əşrəfoğlu Ecmo cihazından ayrılıb: "Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır".
Xatırladaq ki, Elnur Əşrəfoğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.