Koronavirusa gündəlik yoluxma -Yenə 500-ü keçdi
14 avqust 2022 17:02 (UTC +04:00)

Koronavirusa gündəlik yoluxma -Yenə 500-ü keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 457 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a  verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 805 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 113 nəfər müalicə olunaraq sağalıb, 9 773 nəfər vəfat edib, aktiv xəstə sayı 3 217 nəfərdir.

Ölkədə son sutka ərzində 3 553 , hazırkı dövrədək isə 7 095 150 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar