Koronavirusla bağlı statistika
04 fevral 2021 17:35 (UTC +04:00)

Koronavirusla bağlı statistika

Koronavirus statistikası: 152 nəfər yoluxdu, 263 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib, aktiv xəstə sayı 3 190 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 640, ötən müddət ərzində isə ümumilikdə 2 433 585 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2781
avatar

Oxşar yazılar