Kolleclərə qəbulda rəqabət - "Kəsilənlərin sayı çox olacaq"
03 sentyabr 2025 14:03 (UTC +04:00)

Kolleclərə qəbulda rəqabət - "Kəsilənlərin sayı çox olacaq"

0

“Bu il 11 illik bazadan kolleclərə qəbulda güclü rəqabət olacaq”.

Bu sözləri Lent.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) deyib.

Ekspert bildirib ki, 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinə 19 min 700-dən çox müraciət daxil olub:

“Bu kolleclərə qəbulda rəqabət həddindən çox gərgin olacaq və əksər kolleclər ilk turda plan yerlərini tam dolduracaqlar. Nəzərə alaq ki, bu il ali təhsil müəssisələrinin müvafiq qrupları üzrə 39 min nəfər müsabiqədən kənarda qaldı. Həmin şəxslərin isə yarısından çoxu kolleclərə, həm də universitetlərin boş qalan plan yerlərinə sənəd verib.

Hazırkı vəziyyətdə kolleclərə qəbulda rus bölməsi üzrə dövlət sifarişli 168, ödənişli əsaslarla isə 427 plan yeri ayrılıb. Lakin faktiki olaraq müsabiqədə 909 nəfər iştirak edir. Azərbaycan bölməsində də rəqabət həddindən çox gərgindir. Statistik göstəricilərə görə bu bölmədə dövlət sifarişli 5202, ödənişli əsaslarla 10 min 65 yer ayrılıb. Ümumilikdə 15857 plan yeri uğrunda 19 min nəfərdən çox şəxs mübarizə aparır. Rəqəmlərdən görünən odur ki, ən çox rəqabət məhz azərbaycan bölməsi üzrədir. 100 bal və ondan aşağı nəticəsi olanlar üçün risklər çoxdur. Yaxşı olar ki, bu amili nəzərə alaraq, dəqiq seçim aparılsın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar