Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Kimya üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
Lent.az bildirir ki, APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.
Kimya üzrə 2022-ci il Nobel mükafatının qalibləri Carolyn R. Bertozzi, Morten Meldal and K. Barry Sharpless olub.