İyun ayının axırında 5 metr hündürlüyündə  qar
27 iyun 2025 16:37 (UTC +04:00)

İyun ayının axırında 5 metr hündürlüyündə qar

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkə daxilində temperaturun artması ilə əlaqədar bir-birinin ardınca xəbərdarlıqlar edərkən, Rizə iyunun son günlərində qarla mübarizə aparır. 

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Balıklı yaylağında uçqunun təsiriylə qarın qalınlığı bəzi yerlərdə 5 metri keçib. 

Rizədə İl Xüsusi İdarəsi qrupları yaylaqlara köç edən kəndlilərin əziyyət çəkməməsi üçün dağlıq ərazilərdə qarla bağlı olan yollarda tikinti texnikası ilə işləyir. Dəniz səviyyəsindən 2400 metr hündürlükdə olan Balıklı yaylağında qar uçqunu səbəbindən qarın qalınlığının bəzi yerlərdə 5 metri keçdiyi ərazilərdə qruplar qarı təmizləməyə çalışır. Operator Osman Dedecan deyir:

“İş gərgin və sərtdir. Yüksək ərazilərdə qar uçqunları səbəbindən çoxlu qar var. Bəzi yerlərdə 3-5 metrdən çox qar kütləsinə rast gəlirik. Bir həftədir işləyirik; bu yaylağı 2-3 günə bitirəcəyik. Burada hava şəraiti daim dəyişir; hər şəraitdə işləməyə davam edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1720

Oxşar yazılar