Salyanda itkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional Qrupundan Lent.az-a bildirib ki, Vətən müharibəsi iştirakçısı Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir:
"Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb”.
N.Həmidovun sözlərinə görə, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib.