İstirahət və bayram günlərində  milli parklarda   gözlənilən hava PROQNOZU
26 may 2023 16:36 (UTC +04:00)

İstirahət və bayram günlərində milli parklarda gözlənilən hava PROQNOZU

İstirahət və bayram günlərində (mayın 27-29) milli parklarda gözlənilən hava şəraiti

Lent.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samur–Yalama milli parkı

İstirahət günlərində hava əsasən yağmursuz keçsədə, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 °isti, gündüz 20-25° isti olacaq.

Altıağac milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-26° isti olacaq.

Ağgöl milli parkı

Havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-i gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.

Qızılağac milli parkı

Hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Göygöl milli parkı

Fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-22° isti olacaq.

Şirvan milli parkı

Havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.

Hirkan milli parkı

Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

# 2238
avatar

Oxşar yazılar