Bu gün provaslav xristianları ən böyük, sevimli Pasxa bayramını coşğu ilə qeyd edir.
Lent.az xəbər verir ki, xristianlıqda Müqəddəs Pasxa İsanın çarmıxa çəkilməsindən sonra 3-cü günündə dirilişi qeyd olunur.
Belə ki, dindarlar cümə axşamı kuliç bişirir, axşamdan pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı bir-birini pasxa və kuliçə qonaq edir, “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayırlar.
Hər il olduğu kimi bu il də Pasxa bayramı ölkəmizdə təntənə ilə və tolerantlıq nümunəsi kimi qeyd edilir.