İrandan gətirilən duz  YARARSIZ   çıxdı
22 dekabr 2021 19:23 (UTC +04:00)

İrandan gətirilən duz YARARSIZ çıxdı

İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İran İslam Respublikasından Azərbaycana idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna agentliyin müfəttişləri baxış keçirib.

 Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

# 1653
avatar

Aytəkin Cəlali

Oxşar yazılar