İranda hicabdan imtina edən  tələbələr universitetlərə buraxılmır
11 iyul 2023 16:02 (UTC +04:00)

İranda hicabdan imtina edən tələbələr universitetlərə buraxılmır

İranda qız tələbələr hicab taxmaqdan imtina etdikləri üçün universitetlərə buraxılmasına icazə verilmir.

Lent.az-ın xarici mediyaya istinadən məlumat verir ki, hicabın məcburi geyinilməsi ilə bağlı qanunu pozduqlarına görə qızlara uydurma intizam işi açılır, təhsildən uzaqlaşdırılır və “sıfır balla” hədələnirlər.

Qeyd olunur ki, ən azı 60 qız tələbə hicab taxmaqdan imtina etdiyi üçün universitetdən çıxarılıb.

Zərərçəkmiş qızların sözlərinə görə, təhlükəsizlik qüvvələrinin İslam hökuməti ilə əlaqəsi var.

“Bizi hicab taxmaqdan imtina etdiyimiz üçün şəhərcikdən kütləvi şəkildə qovurlar və son bir neçə gündə etiraz olaraq dinc aksiya keçirdiyimizə görə vəhşicəsinə təqiblərə məruz qalmışıq”, - tələbələrdən biri bildirib. 

Tələbələr həmçinin bildiriblər ki, universitetin təhlükəsizlik xidmətləri yataqxanalarda şiddətli reydlər keçirir, tələbələri sosial şəbəkələrdə etirazçılara və ölüm hökmünə məhkum edilmişlərə dəstək yazıları dərc etdiklərinə görə yataqxanadan çıxarırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Oxşar yazılar