Xaçmazda qadının özünü Samur-Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıb.
Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.
Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.
Hazırda axtarışlar davam edir.