İntihar edənlər niyə sirkə turşusu içir? - Həkimdən HƏYACAN TƏBİLİ
28 iyun 2021 13:07 (UTC +04:00)

İntihar edənlər niyə sirkə turşusu içir? - Həkimdən HƏYACAN TƏBİLİ

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu Azərbaycanda intihar üsullarından biri olan sirkə turşusu haqqındadır.

Son zamanlar intihar etmək istəyənlər daha çox sirkə turşusundan istifadə edirlər. Bununla bağlı dəfələrlə mediada məlumatlara rast gəlmişik. Bəs görək, niyə insanlar canlarına qəsd etmək üçün sirkə turşusuna üz tuturlar? Əslində bu turşu necə istehsal edilməlidir?

Rubrikamızın sualına Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasınin dosenti Fuad İslamzadə aydınlıq gətirib. O bildirib ki, postsovet ölkələrindən başqa heç yerdə sirkə turşusu 70 faizlə istehsal edilmir:

Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasınin dosenti Fuad İslamzadə

“Sirkə turşusu ilə zəhərlənmə bütün digər zəhərlənmələrdən öz dəhşətli nəticələrinə görə fərqlənir. Hətta ölümlə nəticələnməsə belə, insan dəhşətli əzablara məruz qalır. Səbəb isə pərakəndə ticarət şəbəkələrində 70 faizli sirkə turşusunun açıq şəkildə satılmasıdır. Bu maddə məişətdə 20 dəfə durulaşdırıldıqdan sonra işlədilir. Lakin görünüşünə görə sudan fərqlənmədiyi üçün bəzən (ələlxüsus açıq şəkildə saxlanıldıqda) yanlışlıqla qəbul edilərək, insan sağlamlığına ağır zədə vura bilir.

Qeyd etmək istəyirəm ki, müasir dövrdə postsovet məkanından başqa dünyanın heç bir ölkəsində ərzaq maddəsi kimi 70 faizli sirkə turşusu istehsal edilmir. Adətən bu maddə 5-10 faizli məhlul şəklində istehsal edilib satışa buraxılır və belə halda sağlamlıq üçün zərər verə biləcək xassəyə malik olmur. Buna görə də, zənn edirəm ki, bizim ölkədə də əhaliyə 70 faizli sirkə turşusu satılmasının qadağan edilməsinə çalışmalıyıq”.

# 7947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar