İmtahan suallarını oğurlamaq istədi: 3 nəfər CƏZALANDI
14 iyul 2021 12:03 (UTC +04:00)

İmtahan suallarını oğurlamaq istədi: 3 nəfər CƏZALANDI

Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyul ayının 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.

Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Lent.az-a verilən məlumata görə, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib, imtahan nəticəsi ləğv olunub:

"G.İmranova barəsində müvafiq cəza tədbiri görüləcək.

Eyni zamanda imtahan rəhbəri Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb. Onların barələrində də müvafiq cəza tədbirləri görüləcək".

Məlumatda qeyd edilib ki, müsabiqənin keçirildiyi dövr ərzində hər il test imtahanı mərhələsində imtahan seansları üzrə yeni sual setləri təqdim olunur və seanslar arası imtahan setlərində tapşırıqlar məzmun etibarilə bir-birindən tamamilə fərqlənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar