“İmtahan həyəcanı” mövzusunda təlim keçirildi - FOTO
14 yanvar 2026 12:42 (UTC +04:00)

“İmtahan həyəcanı” mövzusunda təlim keçirildi - FOTO

0

“Narınc” Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik (tibbi) psixoloq Narınc Rüstəmova tərəfindən Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecində tələbələr üçün imtahan öncəsi “İmtahan həyəcanı” mövzusunda maarifləndirici və praktik təlim təşkil olunub. 

Lent.az xəbər verir ki, təlimdə Milli Məclisin deputatı Nigar Məmmədova da iştirak edib.

Deputat bildirib ki, təlimin əsas məqsədi tələbələrin imtahan dövründə yaşadıqları psixoloji gərginliyin səbəblərini izah etmək, imtahan həyəcanının idarə olunması yollarını öyrətmək və onların emosional dayanıqlığını gücləndirmək olub. Təlim çərçivəsində imtahan stresinin psixoloji mexanizmləri, həyəcanın performansa təsiri, vaxtın düzgün planlaşdırılması, diqqətin cəmlənməsi, özünə inamın artırılması, eləcə də nəfəs və rahatlama texnikaları barədə ətraflı məlumat verilib. 

Eyni zamanda interaktiv müzakirələr, praktiki tapşırıqlar və real situasiyalar üzərindən aparılan izahlar vasitəsilə tələbələrin sualları cavablandırılıb, onların şəxsi təcrübələri dinlənilib. Təlim iştirakçıların imtahanlara daha sakit, planlı və özünə güvənli şəkildə hazırlaşmalarına töhfə verilib. 

Maarifləndirici məzmunu və səmərəli praktik yanaşması ilə seçilən təlim tələbələr tərəfindən böyük maraq və müsbət rəy ilə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar