“İmmunitet sertifikatı” “Peyvənd sertifikatı” ilə necə əvəzlənir? - RƏSMİ CAVAB
25 oktyabr 2021 15:22 (UTC +04:00)

“İmmunitet sertifikatı” “Peyvənd sertifikatı” ilə necə əvəzlənir? - RƏSMİ CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünkü mövzu “İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə necə əvəzlənməsidir.

Bu barədə Lent.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb. “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər.

“Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır.

Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.

Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər.

# 2208
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar