İmişlidə ayaqyolusu olmayan məktəblə bağlı  AÇIQLAMA
09 yanvar 2023 13:29 (UTC +04:00)

İmişlidə ayaqyolusu olmayan məktəblə bağlı AÇIQLAMA

İmişli rayonu, Aranlı kənd tam orta məktəbində 3 sanitar qovşağı var.

Mil-Muğan Regional Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq. 

Məlumat üçün bildirək ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya dekabrın 7-8-də məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib. 

Qeyd edək ki, 2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb. 

Eyni zamanda İmişli rayonu üzrə 5 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib, 2 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Fidan İlqar

Oxşar yazılar