İki rayon iki gün  qazsız   qalacaq
25 avqust 2021 13:35 (UTC +04:00)

İki rayon iki gün qazsız qalacaq

Azərbaycannın bəzi bölgələrinə qazın verilməsində fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dan sabahadək 2 gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” qazpaylayıcı stansiyalardan qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.

Məlumatda bildirilir ki, görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

# 3117
avatar

Oxşar yazılar