Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.
Bu barədə APA nın yerli bürosuna Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.
Rayonun 6 məktəbində COVİD-19 infeksiyasına yoluxmalar təsdiq olunub.
Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.
Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 65 yaşlı Dilqəm Məmmədov COVID-19-dan vəfat edib. Hazırda onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 saylı məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.