"İki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib".
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib: "169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti isə “Koroğlu” NMM-dən keçməklə təşkil edilib. Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək. Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaqdır".