II və III ixtisas qruplarını seçənlərin  NƏZƏRİNƏ:  Ballar ...
23 avqust 2021 15:48 (UTC +04:00)

II və III ixtisas qruplarını seçənlərin NƏZƏRİNƏ: Ballar ...

0

"II qrupda 150 baldan yuxarı nəticə göstərənlərin ali məktəbə qəbul olma şansı yüksəkdir”.

Lent.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, subbakalavrların da II qrupda qəbul olma şansı yüksəkdir:

“Onların III qrupda qəbul olma şansı isə aşağıdır. Bundan başqa II qrupda 200 baldan yuxarı, III qrupda isə 420-430 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansı var”.

M.Abbaszadə əlavə edib ki, III qrupda bu il 600 baldan yuxarı nəticə göstərən 617 nəfərdir:

"Keçən il isə bu, 555 nəfər idi. Bu, o deməkdir ki, reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq. Məsələn, hüquqşünaslıq ixtisasına keçid balı 600 bal idisə, bu il daha yuxarı olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3354

Oxşar yazılar