"Xahiş edirəm həyətyanı sahədə quraşdırılmış qaz sayğacının yerinin dəyişdirilməsində mənə köməklik edəsiniz".
Lent.az xəbər verir ki, bu müraciətlə Şamaxı rayonunun Qaravəlli kənd sakini Füzuli Əmirov "Açıq mikrofon" aksiyası zamanı çıxış edib.
Digər sakinlərə gəlincə isə, Oktay Məmmədov, Zenfira Məmmədova və Əli Rəşidovun müraciəti SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı olub.
Ünvanlanan müraciətlərlə bağlı Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.