Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.
Lent.az xəbər verir ki, onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Zəvvarların qayıdışı iyulun 11-dək davam edəcək.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.
Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.