Masallı Rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədov 1-ci müavini Nadir Abiyevi işdən çıxarıb.
Lent.az modern.az-a istinadən xəbər verir ki, icra başçısı Ş.Məmmədov martın 2-də bununla bağlı iclas keçirib.
O bildirib ki, Nadir Abiyevin 2 il öncə pensiya yaşı çatıb. Bu müddətdə öz fəaliyyətini müqavilə ilə davam etdirib. Martın 3-də isə, onun müqaviləsi bitir. Buna görə, müqaviləni yenidən artırmaq fikrimiz yoxdur.
Xatırladaq ki, Abiyev Nadir Mikayıl oğlu 1953-cü ildə anadan olub. 2006-ci ilin mart ayından 1-ci müavin işləyir. Nadir Abiyev Daşkəsənin İcra Başçısı Əhəd Abyevin və hazırda “Telekomun” rəisi Səməd Abıyevin qardaşıdır.