Havası  ən çox çirkli   olan şəhərlər - SİYAHI
16 yanvar 2023 21:55 (UTC +04:00)

Havası ən çox çirkli olan şəhərlər - SİYAHI

Bişkek havanın çirklənməsinə görə dünyada birinci yerdədir. 

Lent.az-ın xəbərinə görə, bu barədə havanın keyfiyyət reytinqini dərc edən iqair.com saytı (First in Air Quality) məlumat verib.

Saytın məlumatına görə, Qırğızıstan paytaxtında havanın çirklənməsi 306 AQI (havanın keyfiyyət indeksi) təşkil edir ki, bu da “təhlükəli” səviyyəyə uyğundur.

İkinci yerdə Dəkkə (Banqladeş) - 179 AQI, üçüncüdə Dehli (Hindistan) - 176 AQI qərarlaşıb. Bu şəhərlərdə havanın təmizlik dərəcəsi “zərərli” kimi qiymətləndirilir.

Siyahının ilk onluğunu Kəlküttə (Hindistan), Kəraçi (Pakistan), Mumbay (Hindistan), Akkra (Qana), Bağdad (İraq), Daşkənd (Özbəkistan) və Lahor (Pakistan) tamamlayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3735
avatar

Oxşar yazılar