Havanın temperaturu dəyişir - PROQNOZ
03 aprel 2021 12:04 (UTC +04:00)

Havanın temperaturu dəyişir - PROQNOZ

Aprelin 4-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. 

Cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə  isti, gündüz 17-19 dərəcə  isti olacaq. 

Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.  

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  5-8 dərəcə  isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq. 

# 3186
avatar

Oxşar yazılar