Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
İyulun 1-dən 3-ü səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.
Azərbaycanın rayonlarında
İyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimal olunur.