Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 22-si günün ikinci yarısından 23-ü axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq.
Azərbaycanın rayonlarında
İyunun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 24-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.