Avqustun 9-dan etibarən havanın temperaturu enəcək.
Bunu Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun bildirdiyinə görə, hazırda ölkə ərazisində isti hava müşahidə olunur:
"Bu gün və sabah Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim külək əsəcək, havanın temperatoru maksimum 35-40 dərəcə isti olacaq. Bəzi bölgələrdə isə gündüz saatlarında arabir qısa müddətli az yağış yağacaq, şimşək çaxacaq".
Gülşad Məmmədova qeyd edib ki, avqustun 9-dan etibarən şimal küləklərinin güclənəcəyi gözlənilir. Bu da istilik effektini bir qədər azaldacaq.